...

Bakıda otüstü hokkey üzrə Çempionlar kuboku start götürür

Cəmiyyət Materials 25 May 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Mayın 25-də Bakıda qadınlar arasında otüstü hokkey üzrə Çempionlar kubokunun oyunları start götürəcək.

Bu məqsədlə Azərbaycana səkkiz ən güclü kollektiv gəlib. Bu komandalar iki qrupda mübarizə aparacaq. Konkret olaraq "A" qrupunda Hollandiyanın "Hertodenboş", Azərbaycanın "Atasport", Şotlandiyanın "Bonaqras Qrouv" və Borispol təmsilçisi "Kolos" yer alıb. "B" qrupuna isə İngiltərənin "Leçester", Almaniyanın "Berliner", Rusiyanın "Volqa Telekom" və Belarusun "Ritm" komandası daxil olub.

Qrup mərhələsinin nəticələrinə əsasən qaliblər finalda üz-üzə gələcək. İkinci yeri tutan komandalar isə üçüncü yer uğrunda aralarında oyun keçirəcəklər. Bu yarşıda "Atasport"un şansları kifayət qədər yüksək dəyərləndirilir. Xatırladaq ki, 2005-ci ildə komandamız bu mötəbər yarışın finalınadək irəliləyib.

Xəbər lenti

Xəbər lenti