...

Sabahdan Azərbaycanda havanın temperaturu qismən düşəcək

Cəmiyyət Materials 29 May 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Sabahdan başlayaraq yaxın iki-üç gün ərzində Azərbaycanda havanın temperaturu qismən düşəcək. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə ölkədə cənub küləyi şimal küləyi ilə əvəzlənəcək, temperatur iki-üç dərəcə düşəcək. Günorta saatlarında maksimal temperatur 30-33 dərəcə təşkil edəcək. Qərb rayonlarında axşam və gecə saatlarında şimşək çaxacaq, lokal leysan yağışları yağacaq.

Tağıyeva bildirib ki, ötən həftə Azərbaycanda havanın temperaturu illik norma ilə müqayisədə yeddi dərəcə çox olub. Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 33-37 dərəcəyə qədər artıb.

Xəbər lenti

Xəbər lenti