...

Gələcəkdə gənc ailələrə maliyyə yardımı ediləcək

Cəmiyyət Materials 30 May 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx. "TrendLife" Fərid Sadıxov / Bu gün Azərbaycanda yeni ailə həyatı quran gənclər müxtəlif sosial problemlərdən əziyyət çəkirlər. Bura təkcə mənzil problemi deyil, işsizlik, sağlamlığın mühafizəsi, sağlam uşaq böyütmənin çətinlikləri, maddi təminatın yaxşı səviyyədə olmaması, istirahətin təşkili və digər məsələlər daxildir.

Milli Məclisin Sosial siyasət daimi komissiyası gənc ailələrin sosial müdafiəsi ilə bağlı təkliflə çıxış edib. Komissiyadan "Trendlife"a bildirilib ki, həmin təklifdə gənc ailələrə birdəfəlik maliyyə yardımının edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə bu istiqamətdə müəyyən proqramların hazırlanacağı bildirilir.

Qeyd edək ki, inkişaf etmiş bir çox ölkələrdə bu praktika çoxdan tətbiq olunur. Həmin ölkələrdə yeni qurulan ailələrə bankda hesab açılır və həmin hesablara müəyyən məbləğdə vəsait yatırılır. Gənc ailələr həmin vəsait hesabına çətinlikləri dəf edərək öz həyatlarını qura bilirlər.

Azərbaycanda bu praktikanın konkret nə vaxtdan gerçəkləşdiriləcəyi məlum deyil.

Xəbər lenti

Xəbər lenti