...

İnsan hüquqları komissiyasının sədri: "Azərbaycan insan alverində tranzit ölkə rolunu oynayır"

Cəmiyyət Materials 14 İyun 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan insan alverində tranzit ölkə rolunu oynayır və belə hallar var. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin İnsan hüquqları daimi komissiyanın sədri Rəbiyyət Aslanova bildirib.

Onun fikrincə, Azərbaycanda insan alveri ilə bağlı faktlara rast gəlinir. Lakin bir-iki hadisə Azərbaycanın insan alverində mənbə rolunu oynadığını deməyə əsas vermir.

"Mən Azərbaycanda insanların qeyri-qanuni istismar edilməsi fikri ilə də razı deyiləm. Müxtəlif ölkələrdən Azərbaycana iş axtarmağa gəlirlər. Miqrant gəlib burada iş axtarırsa, onun necə işləməsi əmək müqaviləsinin şərtlərindən, işçi ilə işgötürən arasındakı münasibətlərin düzgün tənzimlənməsindən asılıdır. Hesab etmirəm ki, Azərbaycanda insan əməyi istismar edilir", -deyə komissiya sədri əlavə edib.

ABŞ Dövlət Departamenti 2006-cı ildə dünyada insan alverinə qarşı aparılan mübarizə və bu sahədə olan vəziyyətə dair hesabat açıqlayıb. Hesabatın Azərbaycana aid olan hissəsində bildirilir ki, ölkə insan alverinə qarşı mübarizə aparır. Lakin buna baxmayaraq Azərbaycan insan alverində həm mənbə, həm tranzit rolunu oynayır. Hesabat müəllifləri hesab edirlər ki, eyni zamanda Azərbaycanda insan əməyinin istismarı halları mövcuddur.

Xəbər lenti

Xəbər lenti