...

Rəssamlar İttifaqı hətta təmir vaxtı da işləyəcək

Cəmiyyət Materials 19 İyun 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Yaxın vaxtlarda Rəssamlar İttifaqı, həmçinin onun nəzdində yerləşən Vəcihə Səmədova adına sərgi salonunda təmir işləri başlayacaq. Bu təmir mədəniyyət ocaqlarının bərpası layihəsi çərçivəsində keçiriləcək. Təmirin nə vaxt başlayacağı dəqiq məlum deyil. Yayın ikinci yarısından sonra başlamalı idi. "TrendLife"a İttifaqın üzvlərindən biri Ənvər Qarayevin verdiyi məlumata görə, təşkilat tam bağlanmayacaq. Təmirə işləri başlanmayan hissə işə davam edəcək. Sərgilər isə təmir olunmuş hissədə keçiriləcək. Ümumi təmir prosesi yarım il çəkəcək.

Xəbər lenti

Xəbər lenti