...

Cazmen Salman Qəmbərov: "Müasir gənclər məndə ağır təəssürat oyadıb"

Cəmiyyət Materials 20 İyun 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx.TrendLife Eldar Hüseynzadə/"Bakustik Caz" qrupunun rəhbəri Salman Qəmbərov bu günləri ən aktiv gaz musiqiçilərindən sayılır. O, çoxlu çıxışlar edir, bundan əlavə xaricdə də az konsertlər vermir. Məhz buna görə də TrendLife onun bitən caz festivalı haqqında ümumi fikirlərini öyrənmək istədi.

-Salman müəllim, caz festivalından nə kimi təəssüratla ayrıldınız?

- Ən yaxşı təəssüratla. Mənim üçün bu caz festivalı həftəsi başdan-ayağa qədər bayram idi. Mən onları çox sevirəm. Az qalırdı, biz səhərə kimi orda oturaq. İndi hiss edəcəyik ki, bir il cazsız necə də darıxdırıcı olacaq. Bir də mən istəyərdim ki, caz-festivalın art-direktoru tez-tez dəyişməsin.

Demək olmaz ki, keçən il Rain Sultanov festivalın üzərində yaxşı işləmişdi. O, Henkoku, Ela Cerounu gətirmişdi. Hər şey gözəl idi. İndi isə belə çıxır ki, hər təzə gələn art-direktor nəsə yenilik edir.

- Nə üçün cazda pianoçular saksafonçulardan, gitaracılardan çoxdur...

- Bizdə əvvəldən belə olub. Azərbaycan cazında Vaqif Mustafazadə, Rafiq Babayev kimi sənətkarlar olub. İfaçılardan Cəmil Əmirov, Şahin Növrəsli kimiləri var. Əlbəttə, başqa musiqisçilər də peyda olacaq, ancaq ona hələ çox var.

- Müasir gənc ifaçıların ümumi səviyyəsi xoşunuza gəlir?

- Düzünü desəm, müasir gənclər məndə ağır təəssüratlar oyadıb. Əgər iyirmi il bundan əvvəl mənə desəydilər ki, sən bütün ulduzların iştirak etdiyi caz festivalda iştirak edəcəksən, yəqin ki, festivala bir əvvəl hazırlaşardım. İndiki cavanlarda belə hisslər yoxdur. Onlar ildə bir dəfə iştirak etmək və caz ifa etmək istəyirlər. İldə bir dəfə ifa edən musiqiçi deyil. Mütləq öz üzərlərində işləməlidirlər. İldə bir dəfə keçirilən festivalı gözləməməlidirlər. Gənclərdə oxumaq hissi daha azdır, onlar ancaq ifa etsinlər və bol-bol alqışlar alsınlar. Bunu bizdə edə bilirlər. Məsələn, deyək ki, Tofiq Quliyevin əsərindən bir parça ifa etdin, vəssalam, bütün zal səni alqışlayacaq. Bundan başqa indi Azərbaycanda kim bilir caz nədir. Hamı caz-muğam ifa edir. Muğamdan istifadə etmək olmaz. Bundan başqa hazırda gənclər çoxlu pul qazanmaq istəyirlər. Mən onlara ancaq öz yaradıcılıqlarında daha diqqətli olmağı arzulayıram.

Xəbər lenti

Xəbər lenti