...

Bakıda Amerika Mərkəzinin açılışı olub

Cəmiyyət Materials 22 İyun 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Dövlət Dillər Universitetinin birgə layihəsi əsasında cümə günü Bakıda bu universitetdə Amerika Mərkəzinin açılışı olub. Mərkəzin açılışında Azərbaycanın təhsil naziri Misir Mərdənov, ABŞ səfiri Enn Dersi, Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov və qonaqlar iştirak ediblər.

Misir Mərdanov çıxışında qeyd edib ki, bu Mərkəz Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət göstərəcək. Səfir Dersi isə qeyd edib ki, mərkəz ölkələrin yaxşınlaşması, coğrafi maneələrin dəf edilməsində böyük rol oynayacaq. Səməd Seyidov deyib ki, Mərkəz bütün tələbələr, xarici vətəndaşlar üçün açıq olacaq.

Mərasimin video-konfrans hissəsində ABŞ dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisinin müavini Kolin Qrafi videokörpü vasitəsilə mərasimə qoşulub, iştirakçılara təbriklərini çatdırıb.

Mərasimdə ABŞ səfiri ilə Dillər Universitetinin rektoru arasında anlaşma memorandumu imzalanıb.

Amerika Mərkəzinin vəzifəsi Azərbaycan cəmiyyətini Amerika haqqında məlumatlandırmaq, qarşqılıqlı anlaşmanı gücləndirməkdir. Mərkəzdə təqdimat mərasimləri, mühazirələr, filmlərin nümayişi nəzərdə tutulur, həmçinin qurum kitabxana, müasir materiallar, dövrü nəşrlər, elmi məlumat bazası ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti