Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeystr Şəhriyar Məmmədyarov iyunun 23-dən Dortmundda start götürən superturnirdə iştirak edir.
Yarışda sıralarında rusiyalı Vladimr Kramnik, Hindistandan Vişvanatan Anand, macar Petr Leko, İsraildən Boris Qeltfand, norveçli Maqnus Karslen, "Aeroflot Open" turnirinin qalibi Yevgeni Alekseyev və alman Arkadi Naydiçin olduğu məşhur şahmatçılar iştirak edir. Püşkatmaya uyğun olaraq Şəhriyar ilk oyununu ev sahibilə keçirəcək və yarışa qələbə ilə başlamağa çalışacaq
Gənclər arasında dünya birinciliyinin ikiqat qalibi, FIDE-nin reytinqində ilk onluqda olan Məmmədyarov Dortmund turnirində ilk üçlüyə düşmək üçün mübarizə aparacaq. Bir müddət əvvəl Sofiyada o, üçüncü yerə sahib olub.