Azərbaycan, Bakı, 27 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Azərbaycan Kinematoqrafiya İttifaqına "Avraziya" 4-cü beynəlxalq kinofestivalında iştirak etmək üçün Qazaxıstandan dəvət gəlib. "TrendLife"ın verdiyi məlumata görə, festival Alma-Atada təşkil olunacaq. Həmin festivalda Avropadan, MDB və Baltiyadan olan nümayəndələr iştirak edəcək. "Avraziya" 23-29 sentyabrda keçiriləcək. Həmin festivalda iştirak etmək üçün işlər yalnız 2006-2007-ci illəri əhatə etməlidir