...

Azərbaycanın voleybol yığmasının heyətində problemlər üzə çıxıb

Cəmiyyət Materials 28 İyun 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın voleybol yığmasının bir neçə oyunçusu Rusiyanın birinci prezidenti Boris Yeltsinin Kubokunda Hollandiyaya qarşı oyunda meydana çıxmaya bilər.

Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, qarşılaşmada ötənilki Çempionlar liqasının ən yaxşı oyunçusu adını qazanmış Natalya Məmmədova ilə Yelena Parxomenkonun iştirakı sual altındadır.

"Natalya möhkəm soyuqlayıb. Onun temperaturu qalxıb və o, özünü yaxış hiss etmir. Yelenaya gəlincə isə onun anginası var. Odur ki, komandanın heyəti ilə bağlı ciddi problemləri üzə çıxıb" - deyə Gözəlbəyli vurğulayıb.

Güman olunur ki, məşqçi korpusu yaranmış durumda ehtiyat oyunçuların köməyindən istifadə edəcək. Onların isə beynəlxalq yarışlarda təcrübəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti