...

Azərbaycanın meşə fondunun 7037,12 hektar ərazisində meşəpatoloji müayinələr aparılıb

Cəmiyyət Materials 2 İyul 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Ziyanvericilər və Xəstəliklərlə Mübarizə Mərkəzi yanvar-iyun aylarında Azərbaycanın meşə fondunun 7037,12 hektar ərazisində meşəpatoloji müayinələr və müşahidələr aparıb. Bunun da 6961 hektarını meşələr, 76,12 hektarını isə tinglik sahələri təşkil edir. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müayinə aparılmış meşə sahələrinin 121 hektarında kimyəvi (bunun 117 ha meşələr, 4 ha isə tingliklərdir) mübarizə tədbirləri həyata keçirilib. Ziyanvericilər və Xəstəliklərlə Mübarizə Mərkəzi kimyəvi mübarizə tədbirləri ilə yanaşı, Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Bərdə, Goranboy, Sabirabad, Qəbələ, Zaqatala, Balakən, Ağcabədi, Beyləqan, Ağdaş, Lənkəran, Astara ərazilərində meşəpatoloji müayinə və müşahidə tədbirləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti