...

Aygun Bayramova yeni disk buraxıb

Cəmiyyət Materials 3 İyul 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul/müx.TrendLife Fəridə Məhərrəmqızı/ Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramova çoxdandır üzərində işlədiyi diski, nəhayət, tamamlayıb. Artıq satışa çıxarılan yeni albom xalq mahnıları, təsniflər və muğamlardan ibarətdir.

A.Bayramovanın TrendLife-a verdiyi məlumata görə, diskin üzərində uzun müddət işləməsinə və onun belə gec hazır olmasına səbəb ATV-də yayımlanan "Xalq ulduzu" müsabiqəsinin münsiflər heyətində iştirak etməsilə bağlıdır. Müğəniin yeni diskinə bir sıra unudulmuş mahnılar da daxil edilib.

A.Bayramovanın sözlərinə görə, "Xalq ulduzu" müsabiqəsi başa çatandan sonra Azərbaycanda və ölkə xaricində bir neçə konsert proqramı ilə çıxış edəcək. Həmin proqramların repertuarında ancaq xalq mahnıları və muğamlar yer alacaq.

Xəbər lenti

Xəbər lenti