...

Müşfiq Abbasov: "İndi toylara xaricdən müğənni dəvət etmək daha sərfəlidir"

Cəmiyyət Materials 6 İyul 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Azərbaycan müğənnilərinin toy tarifləri kommunal xidmətlər kimi günü-gündən artır. Əvvəllər bütün toyu 5 minə aparan müğənni indi yarım saata o məbləği istəyir. Nə isə... bizim məvacibə uyğun gəlmir. Nə üçün toyun qiyməti günü-gündən artır? Bu sualla yerli şou-biznesin prodüsserlərindən biri olan Müşfiq Abbasova müraciət etdik. "İlk öncə ondan başlayaq ki, şou-biznesdə əsas biznesdir. Burada heç bir şou, incəsənət, mədəniyyət yoxdur. Hazırda Azərbaycan müğənniləri digər MDB ölkələrində olan müğənnilərdən öz qonararlarına görə heç də az fərqlənmirlər. Mən deyərdim ki, hələ rtıq qazanırlar. Məsələn, indi MDB ölkələrində kifayət qədər tanınmış qruplardan olan "Viaqra", "Slivki"ni çox rahat 1500-1600 dollara dəvət etmək olar. Demək olar ki, eyni məbləği Azərbaycan müğənnisi də tələb edir, özü də həmin müğənni Biləcəridən o tərəfə tanınmır. Hətta tanınmış Avropa qrupu "Las Ketchub"u da dəvət etmək olar. Əgər bizim müğənniləri oralara dəvət edirlərsə, qiymətlər avtomatik olaraq on minə qalxır. Məsələn, məhşur Dato Bakıda cəmi 3 minə gəlib oxuyar. Hələ Dato üçün toy xüsusi imicdir. Bir sözlə, indiki vəziyyət paradoksaldır. Xaricdən müğənni dəvət etmək daha sərfəlidir" - deyə Abbasov sualımızı cavablandırdı.

Xəbər lenti

Xəbər lenti