...

İsveçrənin Montre şəhərində Azərbaycan cazının təqdimatı keçiriləcək

Cəmiyyət Materials 13 İyul 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ İsveçrənin Montre şəhərində məşhur caz festivalı açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın "TrendLife"a verdiyi məlumata görə, bu festivalda Azərbaycan cazının təqdimatı ilk dəfə olacaq. Bu tədbir iyulun 18-də keçirilməlidir. Bizim nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev başçılıq edəcək. Festivala cazmenlərdən Salman Qəmbərov, Ruslan Hüseynov, Vaqif Əliyev, Mircəlal Cəfərov, Natiq Şirinov, Şahin Növrəsli yollanacaq.

Xəbər lenti

Xəbər lenti