...

Atlet Ramil Quliyev dünya birinciliyində gümüş medal qazanıb

Cəmiyyət Materials 16 İyul 2007 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı yüngül atlet Ramil Quliyev Ostravda başa çatan gənclər arasında dünya birinciliyində gümüş medal qazanıb.

Finalda 200 metr məsafəyə qaçışda sprinter ikinci nəticə göstərib (20.72 saniyə). O, Yamaykadan olan idmançı Ramon Makenzidən cəmisi 0,5 saniyə geri qalıb. Digər Yamayka idmançısı Naykl Aşmeyd isə Ramildən 0,4 saniyə geri qalıb ki, bu da azərbaycanlı idmançıya lazımi normativi göstərərək Pekin Olimpiadasına lisenziya qazanmağa imkan verib.

Diqqətəlayiqdir ki, 2008-ci il Oyunlarında iştirak etməyə imkan verən göstəricini o, daha öncə, bir neçə ay əvvəl Azərbaycan çempionatında nümayiş etdirmişdi.

Xəbər lenti

Xəbər lenti