...

Gürcüstan tərəfi Elmar Hüseynovun ölümünün istintaqında azərbaycanlı həmkarlarına hərtərəfli yardım göstərir

Cəmiyyət Materials 17 İyul 2007 16:59 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan tərəfi Azərbaycanın "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün istintaqında azərbaycanlı həmkarlarına hərtərəfli yardım göstərir. Gürcüstan baş prokurorluğundan Trend ə verilən məlumata görə, Tiflisə Azərbaycan prokurorluğunun istintaq qrupu gəlib.

"Bizim həmkarlarımızın bir neçə yeni sualı var ki, biz də işgüzar qaydada bunları həll etmək niyyətindəyik. Bu, Gürcüstan ərazisində istintaq hərəkətləri ilə bağlıdır", - deyə Gürcüstan prokurorluğundan bildirilib.

Gürcüstanın baş prokurorluğundan qeyd ediblər ki, bu, azərbaycanlı həmkarlarının növbəti ezamiyyətidir, belə ki, əməliyyat işi başa çatdırılmayıb.

Bu ərəfədə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bəyan edib ki, hazırda jurnalist Elmar Hüseynovun qətli ilə bağlı fəal istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.

Baş prokurorluqdakı mənbənin Trend ə verdiyi məlumata əsasən, hazırda şübhəli bilinən Azərbaycan əsilli iki Gürcüstan vətəndaşının eyniləşdirilməsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti