...

Vitali Kliçko sentyabrın 22-də rinqə qayıdacaq

Cəmiyyət Materials 19 İyul 2007 12:26 (UTC +04:00)

Vitali Kliçko peşəkar rinqə dönüşündən sonra ilk döyüşünü sentyabrın 22-də keçirəcək. Bu barədə "Sovetskiy sport" nəşri məlumat yayıb.

Vitalinin rəqibi amerikalı Cəmil Maklayn olacaq. Döyüş isə Münhenin "Olimpiahall"ında keçiriləcək. Bir saat ərzində 1,5 min bilet satılması onu göstərir ki, azarkeşlər bu döyüşə olduqca böyük maraq göstərirlər.

Sonuncu döyüşü 36 yaşlı ukraynalı boksçu 2,5 il əvvəl, 2004-cü il 11 dekabrda keçirib. Rəsmi brifinqdə Kliçko bəyan edib ki, heç vaxt idmanı tərk etməyib, sadəcə zədəsinə görə taym-aut götürüb. Məcburi istirahət zamanı Vitali uğursuz şəkildə siyasətlə məşğul olub. Rəqib Vitalinin özünə yox, qardaşı Vladimirə yaxşı tanışdır. 2002-ci ilin 7 dekabrında Vladimir Maklaynla döyüş keçirib və 11-ci raundda onu nokauta göndərib.

Xəbər lenti

Xəbər lenti