...

Azərbaycanda havanın hərarəti yüksələcək

Cəmiyyət Materials 20 İyul 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda havanın temperaturu yaxın bir neçə gündə altı dərəcəyədək yüksələcək. Bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərin hesabat dövründə Bakı və Abşeron yarımadasında günorta saatlarında 38, Aran rayonlarında 39, dağ və dağətəyi ərazilərdə isə 35 dərəcə isti olacaq. Tağıyeva bildirib ki, bu cür istilər aylıq iqlim normasına yaxındır.

Bu müddət ərzində həmçinin yağmursuz hava şəraiti hökm sürəcək.

İyulun ikinci onünlüyünə qədər havanın temperaturu iqlim normasından dörd dərəcəyədək aşağı olmuşdu.

Xəbər lenti

Xəbər lenti