...

Aktyor Telman Adıgözəlov: "Cibimdəki sonuncu pulumu geyimimə verirəm"

Cəmiyyət Materials 23 İyul 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /müx.TrendLife Vüqar Vüqarlı/O, həmişə özünə baxan olub. Özünün həyatsevərliyi ilə bütün ətrafdakılara müsbət enerji bəxş edir. Ona 54 yaş vermək olmaz. Yalnız onun gözlərinə baxanda deyə bilərsən ki, bu insanda nə qədər zəngin istedad var. O, şəhərdə 70-80-cı illərdə ən müasir geyinənlərdən olub. Demək olar ki, indi də elədir. Xarici gözəlliyin onun üçün nə qədər əhəmiyyət kəsb etdiyini Telman Adıgözəlov TrendLife-la müsahibəsində ətraflı danışdı.

- Telman müəllim, bizdə belə bir atalar sözü var: dost başa baxar, düşmən ayağa. Güzgüyə baxanda ilk növbədə nəyə fikir verirsiniz?

- Mən necə də qocalmışam (gülür). Sadəcə baxırakm ki, hər şey səliqəli, eyni rəngdə olsun.

- Siz geyimlərinizi necə seçirsiniz?

- Həm cibimdən, həm də əhval-ruhiyyəmdən asılı olur geyimlərimi seçməyim. Mən cibimdə olan axırıncı pulumu yaxşı kastyum, və ya gödəkcəyə verə bilərəm. Lakin yasda toy geyimlərini geyinən insanları başa düşmürəm. Bu həm kişilərə, həm də qadınlara aiddir. Mən özüm yaslara mavi köynəklərdə, açıq pencəklərdə gələn insanların şahidi olmuşam. Belə şeylər yolverilməzdir!

- Bəs siz ən çox nəyi geyinməyi sevirsiniz?

- Kastyum geyinməyi çox sevirəm. Kastyumun rəngini isə əhval-ruhiyyəmdən asılı olaraq seçirəm. Qara rəngdən tutmuş, tünd sarıya qədər.

- Məsələn, mən sizi qırmızı pencəkdə görməmişəm...

- Qırmızı pencəym mən heç vaxt geyinmərəm (gülür). Hərçənd o rəngdə sviterləri çox sevirəm.

- Hansı aksesuarlardan istifadə etməyi sevirsiniz?

- Saatdan. Dostlarım mənə müxtəlif saatlar hədiyyə edirlər. Məsələn, baxın, qolumdakı saat "Orientdir". Bu saatı heç nəyə dəyişmərəm. O, artıq 24 ildir ki, mənimlədir. Onu yaddan çıxarıb taxmayanda özümü çox narahat hiss edirəm. Qayışlarıma böyük diqqət sərf edirəm. Bir yerə getməzdən əvvəl çox fikirləşirəm ki, onlardan hansını taxım. Məsələn, çox istərdim ki, "Zili" taxım, lakin onlar mənim cibimə görə deyillər.

- Əgər cibinizə görə olsaydı, 5-10 min dollara kastyum alardınız? Ümumiyyətlə, sizin baha paltar alan insanlara münasibətiniz necədir?

- (Gülür) Çox müsbət yanaşıram. Mənim də o qədər pulum olsa, yəqin ki, elə edərdim. Cavanlıqdan öyrənmişəm, indi də ən sonuncu pulumu paltara verirəm. Heç vaxt yadımdan çıxmaz. İtaliyanın "Kanali" firmasından kurtka almışdım. Düz bir il mən o kurtkanın pulunu verdim. Lakin heç də təəssüflənmirdim. Hesab edirdim ki, belə kurtkam olmalıdır. Bəzi dostlarım kurtkamın qiymətini biləndə mənə dəli kimi baxırdılar.

- Siz indi "Davidoff" siqareti çəkirsiniz. Sovet dövründə xarici siqaret seçimi çox az idi. Bəs onda hansı siqaretdən istifadə edirdiniz?

- Əlbəttə ki, "Marlboro"! Bu, məni müflis etmişdi, lakin çalışırdım ki, öndə gedən şəhər uşaqlarından arxada qalmayım.

- Bəs mobil telefonlara münasibətiniz? Onlara da çox pul verə bilərsiniz?

- Əgər imkanım çatsa, niyə də yox. Əlbəttə ki, telefon çexolları 7 min dollar dəyərində olanda... onda daha yaxşısı özümə "Jiquli" maşını almaqdır (gülür). O qiymətdə telefon alan insanlara mən normal baxıram.

- Yeri gəlmişkən, əvvəllər sizin "06"-nız vardı. İndi isə "Mersedes"də gəzirsiniz. Deməli, işlər bir o qədər də pis deyil...

- Siz necə də düzgün vurğuladınız. "Mersedes"i məni əhatə edən polislərə görə almışam. Onlar həmişə mənə deyirdildər ki, "Jiquli" sənin səviyyən deyil. Çətinliklə də olsa aldım (gülür). Lakin təəssüflənmirəm. Əlbəttə ki, çip istərdim. Ancaq nə etmək olar, "Mersedes" də pis deyil. Əla maşındır.

- Sizin belə cavan görünməyinizdə kimin əməyi var? İdmanın, qadınların, yoxsa düzgün qidalanmanın?

- Yox. Mənim konstitusiyamın əməyidir. İş ondadır ki, yesəm də, kökəlmirəm. Yeri gəlmişkən, məhz buna görə bütün qadınlar mənə qibtə hissi ilə baxır.

- Siz kim olmaq istərdiniz?

- Əlbəttə ki, milyoner. Və çalışardım ki, bütün gənc nəsillərə teatr sahəsində köməklik edim. Cəmiyyətdə onlara daha çox ehtiyac duyulsun.

Xəbər lenti

Xəbər lenti