Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsində intihar faktları artıb. Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin şimal rayonları üzrə şöbələrindən verilən məlumata görə, bu ilin birinci yarımilliyində 37 nəfər intihar edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç fakt çoxdur. İntihar faktlarının 9-u Quba, 11-i Qusar, 7-si Xaçmaz, 4-ü Dəvəçi, 6-sı isə Siyəzəndə baş verib. İntihar edənlərin 23-ü kişi, 14-ü isə qadındır. Məlumata görə, intiharların əksəriyyəti özünü asma, küt alətlə xəsarət yetirmə hallarıdır.
Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.