...

Bagira: "Mənim səsim beşindən pisdirsə, onundan yaxşıdır"

Cəmiyyət Materials 25 İyul 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul \müx.TrendLife Vüqar Vüqarlı/Onu gözəl adlandırmaq olmaz. Erotik, seksual desən, daha yerinə düşər. Onunla əlaqə yaradanda bir lətifə yadıma düşdü. "Sən oxumağı neynirsən? Elə ora-bura gəz, bəsindir". Məsələn, onun kimi, Türkiyəyə, sonra Azərbaycana. Belə gəliş-gedişlərin sonu dava-dalaşla bitir. Lap yadıma türk müğənnisi Alişanla olan söhbət düşdü. Mən söhbətimi Bagira ilə etməyə başladım. Amma nədənsə onunla söhbət zamanı özümü Mauquliyə bənzədirdim.

- Səninlə Alişan arasında, doğrudan da, eşq yaşanıb?

- Mən bilmirəm, bu söhbətləri kim çıxarır. Əlbəttə ki, belə bir şey olmayıb. Mən Alişanı bir-iki dəfə təyyarədə görmüşəm. Onda da bir reyslə uçmuşuq.

- Deməli, heç bir əlaqədən söhbət gedə bilməz?

- Nə Alişanın, nə də mənim belə bir reklama ehtiyacımız yoxdur.

- Sən çox tez-tez Türkiyəyə gedirsən. Dincəlməyə gedirsən, yoxsa hansısa işlə məşğul olursan?

- Həm dincəlməyə, həm də iş dalınca. Yeri gəlmişkən, Türkiyənin tanınmış müğənnisi Əmrahla yaxşı münasibətlərim ola-ola nəyə görə Alişanla olmayan münasibətimi elan etməliyəm. Mən orda Meral Konrat, Yıldız Tilbe, orda işləyən tanınmış həmyerlimiz Nigar Talıbova ilə danışıram.

- Səni ilk dəfə geniş auditoriyaya Fərhad Bakinski təqdim edib. Belə deyək, sənin "raskrutka"nla məşğul olub. Amma deyəsən, indi onun özünə reklam lazımdır. İndi onunla münasibətin var?

- Hərçənd ki, bizim birgə işimiz başa çatıb, danışırıq, arada isə tədbirlərdə görüşürük.

- Yəni mehribancasına ayrılmısınız?

- Bəli, elədir ki, var.

- İndiki vaxtdan danışaq bir az. Deyirlər ki, ORT kanalının reklam blokunda gedən sənin "Gecələr" klipini efirdən çıxarıblar, icazə yoxdur həmin klipə?

- Bu ağ yalandır. Sadəcə müqavilənin vaxtı bitib, vəssalam. Pul olsa, mən klipi indi də efirə verə bilrəm, elə deyil? Özü də bu klip hər kəsin xoşuna gəlirdi.

- Nə klip, nə də mahnı xoşa gəlirdi. Sadəcə sənin klipdə çılpaq olmağın, bir də bir balaca seksin xoşa gəlirdi...

- Qoy elə olsun. Əgər mənim bədənim gözəldirsə, nəyə görə onu göstərməməliyəm? Bizim küçələrdə gəzən qadınlara, qızlara baxın. Onlar televiziyaya çıxanlardan da açıq geyinirlər. Nəyə görə başqa müğənnilər soyunanda onlara pis baxmırlar, mən bunu edən kimi hamı təəccüblənir.

- Sənə elə gəlmir ki, onlar estradaya ilk növbədə səsləri ilə gəliblər, daha sonra bədənlərini nümayiş etdirməyə başlayıblar?

- Siz düşünürsünüz ki, onların səsi var? Mən belə fikirləşmirəm. Ona qalsa, mənim səsim beşindən pisdirsə, onundan yaxşıdır. İndi bizim şou-biznesdə kim var? Mən konservatoriyada vokal dərsi keçmişəm. Artıq səkkiz ildir ki, oxuyuram.

- Belə sözlərinlə özünə ancaq düşmən qazanırsan...

- Onlar arasında mənim rəfiqələrim yoxdur. Şou-biznesdə dost olmur!

- Sənə elə gəlmir ki, elə estardamızın bu səviyyədə olması sənin kimilərin mənəm-mənəmliyi ilə bağlıdır?

- Sadəcə indi hər şeyi pul həll edir. Kimin pulu var, göz önundədir. Mənim sekslə bağlı bir mahnım da var, bax, həqiqətən həmin mahnıya qadağa qoydular. Qadağa qoyulmağına baxmayaraq, mahnı populyarlıq qazandı.

- Səncə, nəyə görə?

- Düşünürəm ki, sadəcə xanımlar mənə paxıllıq edir.

- Nəyə paxıllıq etsinlər? Sən ki, onlar kimi məşhur deyilsən?

- Mən də bilmirəm ki,kimin quyruğunu tapdalamışam. Təsəvvür edirəm, Türkiyədə klip çəkdirsəm, nə olacaq?

- Nə deyirik, uğurlu çəklişlər!

- Çox sağ olun. Klipin sonu nə ilə bitəcək, ilk əvvəl siz biləcəksiniz...

Xəbər lenti

Xəbər lenti