...

"Bizim yol" qəzeti əməkdaşının məhkəməsi qapalı keçirilir

Cəmiyyət Materials 26 İyul 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ. Əlizadə/ Nəsimi rayon Məhkəməsində cümə axşamı "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun məhkəməsi başlayıb. Məhkəmə iclası qapalı keçirilir.

Hüseynovun vəkili Vüqar Xasayev bildirib ki, əgər jurnalistə qarşı irəli sürülən ittiham əsaslı hesab olunsa, onun haqqında həbs qəti imkan tədbiri seçiləcək. Guman ki, jurnalist bundan sonra 1 saylı Bayıl İstintaq Təcridxanasına göndəriləcək.

"Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Fakla bağlı Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Müşfiq Hüseynov hazırda Nərmanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti