...

Azərbaycan Boks Federasiyasının prezidenti: "AIBA-da hakimlik sistemini dəyişməyə ehtiyac yoxdur"

Cəmiyyət Materials 3 Avqust 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Ümumdünya Həvəskar Boks Assosiasiyasında (AIBA) mövcud hakimlik sistemini dəyişməyə ehtiyac yoxdur. Bunu Milli Boks Federasiyasının prezidenti Ağacan Əbiyev AİBA-nın islahatlar komissiyasının arbitrlərin iş sxeminin dəyişdirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.

Əbiyev qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jak Roqqenin dediyi kimi, boks texnologiya və kompüterlərin tətbiqi planında öncül növlərdən biridir. "Son 60 il ərzində AİBA boksun şəffaflığı, təhlükəsizliyi və obyektivliyi üçün işləyir və bu işdə müəyyən irəliləyişlər əldə edib. Təbii ki, təşkilatın indiki rəhbəri Çinq Kuo-Vu da bu idman növünün xeyri üçün çalışmaq istəyir, lakin hakimliyin hazırkı sxemi ən yaxşıdır" - deyə Əbiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti