...

Azərbaycanlı cüdoçular "German Open" turnirində çıxış edəcəklər

Cəmiyyət Materials 8 Avqust 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması avqustun 11-12-də Braunşveyqdə "German Open" turnirində çıxış edəcək.

Yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, heyətə gənclər arasında dünya çempionu Nicat Şixəlizadə ( 60 kq), üçqat Avropa çempionu Elçin İsmayılov ( 66 kq), Avro-2006-nın qızıl mükafatçısı Elnur Məmmədli ( 73 kq), Mehman Əzizov ( 81 kq), Elnur Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq), Kifayət Qasımova ( 57 kq) və Ramilə Yusupova ( 63 kq) daxil edilib.

Turnirin təşkilat komitəsinin məlumatına əsasən, artıq 45 ölkədən ilkin müraciət daxil olub. Gözlənilir ki, Almaniyadakı turnirdə tatamiyə 600-dən artıq idmançı çıxacaq. Onlar üçün bu yarış Braziliyada sentyabrda keçiriləcək lisenziya xarakterli mundial öncə son yoxlama olacaq.

Xəbər lenti

Xəbər lenti