...

İlkin Şahbazov Universiadanın 1/4 finalına yüksəlib

Cəmiyyət Materials 11 Avqust 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azəraycanlı taekvondoçu İlkin Şahbazov ( 67 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasında çıxışını uğurla davam etdirir.

Trend in xəbərinə görə, 1/16 finalı müvəffəqiyyətlə keçən idmançımız növbəti mərhələdə "Avro-2006"nın qalibi italiyalı Simon Arduniya heç bir şans verməyib. Döyüş İlkinin diqtəsi altında keçib. İdmançımız yalnız bir dəfə rəqibə zərbə endirməyə imkan verib. Özü isə Simona beş zərbə endirib. İndi 1/4 finalda İlkin iranlı Məhəmməd Baqeri ilə üz-üzə gələcək.

Maraqlıdır ki, bu döyüş Universiadadakı ikinci İran-Azərbaycan qarşıdurması olacaq. İki gün əvvəl mundialın bürünc mükafatçısı Tüvəkkül Bayramov ( 84 kq) bu mərhələdə Yusif Kərimiyə yenilib və indi İlkin komanda yoldaşının məğlubiyyətinə görə revanş götürməyə çalışacaq.

Xəbər lenti

Xəbər lenti