...

Keçən illə müqayisədə Lənkəran rayonunda şəkərli diabet xəstələrin sayı artıb

Cəmiyyət Materials 14 Avqust 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend , müxbir P. Əliyeva/ Lənkəran rayonunda qeydiyyatda olan 1559 şəkərli diabet xəstəsi var. Onlardan 670 qadın, 889 kişi, 4 isə uşaqdır. 494-ü ağır formalı xəstədir. Ötən ilin müvafiq dövründə isə şəkərli diabet xəstələrinin sayı 1312 nəfər olub. Lənkəran Mərkəzi rayon xəstəxanasının endokrinoloqiya şöbəsinin müdiri Siyasət Qasımov xəstələrin sayının ilbəil artması səbəblərini belə izah etdi-stress hallarının həddən çox olması, işsizlik və onun yaratdığı problemlər, tərkibində kalorili yeməklərin normadan artıq qəbulu, oturaq həyat şəraiti. Həkim onu da qeyd etdi ki, hər bir aşkar şəkərli xəstənin arxasında 3 aşkarlanmamış şəkərli diabet xəstəsi var. Mərkəzi rayon xəstəxanasının baş həkimi İlyas Səmədov 6 ay ərzində imtiyazlı xəstələrə 69 min manatlıq dərman preparatları verilib ki, bunun da 50 faizi şəkərli xəstələrə aiddir. Hər ayda imtiyazlı şəkərli diabet xəstələrinə 5-6 min manatlq iynə-dərman verilir ki, bu da tələbatı 60 faiz ödəyir.

Xəbər lenti

Xəbər lenti