...

Sabiq səhiyyə nazirinin Hüquqlarını Müdafiə Komitəsi sədrinin işi üzrə hazırlıq iclası baş tutmayıb

Cəmiyyət Materials 17 Avqust 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Sumqayıt şəhər Məhkəməsində hakim Təhminə Xəlilovanın sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbovun cinayət işi üzrə cümə günü keçirilməsi nəzərdə tutulan hazırlıq iclası avqustun 24-ü saat 11.00-dək təxirə salınıb. Bu barədə cümə günü Trend ə Talıbovun vəkili Telman Novruzzadə məlumat verib.

Vəkil qeyd edib ki, ona məhkəmə prosesinin dəqiq tarixini düz demədiklərinə görə prosesdə iştirak edə bilməyib. Ona görə də hakim prosesi təxirə salıb.

Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb. Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Talıbov hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. O, özünə qarşı irəli sürülən ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti