...

Bakıda teatr karnavalı keçiriləcək

Cəmiyyət Materials 27 Avqust 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Bakıda sentyabrın 15-də teatr mövsümünün 135 illiyi təntənəli surətdə keçiriləcək. Bu haqda "Trendlife"a Milli Dram Teatrının direktoru Maqbet Bünyadov xəbər verib. Onun sözlərinə görə, belə tədbir keçən il Azdramanın kollektivinin iştirakı ilə Füzuli meydanında keçirilib. Bu dəfə isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Füzuli meydanında bütün paytaxt teatr kollektivləri toplaşacaq. Tədbirdə həmçinin Əbülfəz Qarayevin də iştirakı gözlənilir. Bundan sonra teatr karnavalı ənənə halına çevriləcək. Tədbirə gələn qonaqları maraqlı sürprizlər gözləyir.

Xəbər lenti

Xəbər lenti