...

Baş redaktor: "Yüksəliş Naminə" qəzetinin fəaliyyətinin dayandırılması təzyiqlərlə bağlı deyil

Cəmiyyət Materials 28 Avqust 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sumqayıtda nəşr olunan "Yüksəliş Naminə" qəzetinin fəaliyyətini dayandırması təzyiqlərlə bağlı deyil. Bunu çərşənbə axşamı Trend ə qəzetin baş redaktoru Elçin Məmməd deyib.

Qəzetin əməkdaşı Elçin Həsənov verdiyi məlumatda Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən baş redaktora qəzetin kursunu dəyişdirməsi barədə təklif olunduğunu, əks halda baş redaktoru və qəzetin əməkdaşlarının həbs olunacağı ilə hədələndiyini bildirmişdi

Baş redaktor bildirib ki, qəzetin əməkdaşı Həsənovun qəzetin şəhər icra hakimiyyəti tərəfindən olunan təzyiqlərə görə fəaliyyətini dayandırması barədə verdiyi məlumat həqiqətə uyğun deyil. Baş redaktor qəzetinin fəaliyyətinin müvəqqəti dayandırmalarını yeni layihələr üzərində işləmələri ilə əlaqələndirib: "Bu, profilaktik xarakter daşıyır. Uğurlu layihələrimiz var, gələcəkdə qəzetin gündəlik nəşr olunacağı nəzərdə tutulub. Hələlik qeyri-müəyyən vaxtadək fəaliyyətimizi müvəqqəti dayandırmışıq".

"Yüksəliş naminə" 2005-ci ilin yanvarından fəaliyyətə başlayıb. Həftədə bir dəfə çıxan qəzet 2000 tirajla çap olunur. Qəzetin 30-dan artıq əməkdaşı var.

Xəbər lenti

Xəbər lenti