...

Azərbaycanlı hərbçinin həbsi ilə bağlı AŞ-nin İnsan Hüquqları üzrə Komissarına müraciət olunub

Cəmiyyət Materials 5 Sentyabr 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin Mühafizə Briqadasının komandir müavininin qanunsuz həbsi ilə bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberqə müraciət olunub. Rasim Muradovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Ələkbər Məmmədov çərşənbə günü Trend ə bildirib ki, Hammerberq polkovnikin işini nəzarətə götürəcəyinə və prezidentlə görüşdə bu məsələni müzakirə edəcəyinə söz verib.

Ələkbərovun sözlərinə görə, Muradov barəsindəki cinayət işi baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəməyə göndərilib. Hakim İsgəndər Hacıyevin icraatına verilən cinayət işi üzrə sentyabrın 14-də hazırlıq iclası keçiriləcək.

Müdafiə Komitəsi Muradovun işinin obyektiv araşdırılmasına kömək etmək üçün hüquq müdafiəçilərinə müraciət edəcək.

Məhkəmə iclasından öncə isə, polkovnikin həyat yoldaşı mətbuat konfransı keçirəcək.

Rüşvət alma və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar üzrə sübut tapılmadığı üçün bu ittihamlar onun üzərindən götürülüb. Polkovnikə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Muradov iyulun 24-də həbs olunub. Barəsində mart ayında Mühafizə Briqadasının komandiri, polkovnik Mirzəli Yusifov tərəfindən cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti