...

Azərbaycan millisi Hindistan yığmasına qalib gəldi

İdman Materials 27 Fevral 2012 19:33 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün "The Sevens" stadionunda Azərbaycan və Hindistan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Azərbaycan millisi Hindistan yığmasına qalib gəldi

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün "The Sevens" stadionunda Azərbaycan və Hindistan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

4-cü dəqiqədə Vüqar Nadirovun qolu ilə millimiz önə keçib. 42-ci dəqiqədə Mahir Şükürov penaltidən yararlanmaqla hesabı 2:0-a çatdırıb. Matçın 84-cü dəqiqəsində isə Nizami Hacıyev hindistanlıların qapısından 3-cü topu keçirib.

Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində millimiz fevralın 24-də Sinqapur yığması ilə qarşılaşmış və oyun 2:2 hesabı ilə nəticələnmişdi.

Xəbər lenti

Xəbər lenti