...

"Neftçi" azarkeşlərindən dəstək gözləyir

İdman Materials 24 Mart 2012 13:02 (UTC +04:00)
"Neftçi" futbol klubunun rəhbərliyi komandanın azarkeşləri ilə görüş keçirib.
"Neftçi" azarkeşlərindən dəstək gözləyir

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir B.Hacıyev/

Bu gün Unibank Premyer Liqasının XXV turu çərçivəsində Bakıda "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" futbol klubunun rəhbərliyi komandanın azarkeşləri ilə görüş keçirib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirə klubun vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Böyükağa Hacıyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və digər rəsmilər qatılıb.

Klub prezidenti Sadıq Sadıqovun bayram təbrikini azarkeşlərə çatdıran rəsmilər futbolsevərlərdən "Xəzər-Lənkəran"la oyunda, həmçinin növbəti görüşlərdə də dəstək gözlədiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti