Fazil Məmmədov: Azərbaycan bir çox beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilib (MÜSAHİBƏ)

Fazil Məmmədov: Azərbaycan bir çox beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilib (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində əvvəllər durğunluq dövrünü yaşayan bir sıra idman növləri də yüksək sürətlə inkişaf etməyə başlayıb. Gələn ay respublikamız daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. Velosiped idmanı üzrə ölkəmizdə təşkil olunacaq ilk peşəkar yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Almaniyanın "FreundeEventlogistik" şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan bu beynəlxalq veloyürüş mayın 9-da start götürəcək və 13-də başa çatacaq.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil olunub və U-23 (19-23 yaş arası) kateqoriyasına aid UCI kontinental turudur. Bakının ev sahibliyi edəcəyi yarışda dünyanın müxtəlif ölkələrindən 23 yaşadək velosipedçilər qüvvəsini sınayacaqlar. Yarışlarda dünyanın 17 ölkəsindən 20 komanda qalib adı uğrunda mübarizə aparacaq. Əsas yarışçı qrupda 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda qüvvəsini sınayacaq.

Trend bu beynəlxalq turnir və velosiped idman növünün Azərbaycanda inkişafı ilə bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədovun müsahibəsini təqdim edir.

- Fazil müəllim, Azərbaycanda idmanın əksər növləri öz populyarlığı ilə seçilir. Bir vaxtlar velosiped idmanı da ölkəmizdə kifayət qədər populyarlıq qazanmışdı. Lakin uzun müddət bu idman növündə tənəzzül yaşandı. Sevindirici haldır ki, son vaxtlar velosiped idmanı inkişaf etdirilən növlər sırasında yer alıb. Təsadüfi deyil ki, London Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız arasında velosipedçimiz Yelena Çalıx da var. Hazırda bu növün inkişafı və kütləviliyi istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olunmuşdur. Xüsusilə, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda idman və Olimpiya hərəkatının inkişafında böyük canlanma baş vermişdir.

Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz artıq bir çox beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilib. Hər il bədii gimnastika, taekvondo, güləş, boks, futbol və s. kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin inkişaf səviyyəsinin və qüdrətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilmişdir. Bu il Azərbaycanda velosiped idman növünün daha da inkişaf etdirilməsi sahəsində də genişmiqyaslı işlərə başlanılmışdır. Bunun üçün bizdə kifayət qədər böyük potensial, əlverişli landşaft və istedadlı velosipedçilər var. Həqiqətən də keçən əsrin ikinci yarısında bu idman növü ölkəmizdə kifayət qədər inkişaf etmişdi. Bakıda o dövr üçün müasir velotrek tikilib istifadəyə verilmiş, velosipedçilərimiz Azərbaycanı bir çox yarışlarda layiqincə təmsil etmişlər.

2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasında köklü islahatlar aparılmış, ölkəmizdə bu idman növünün daha da populyarlaşması üçün ardıcıl və düşünülmüş tədbirlər həyata keçirilməyə başlanmışdır. Velosiped idmanının maddi-texniki bazasının möhkəmləndirilməsi, köhnə velotrekin təmiri və yeni möhtəşəm bir velotrekin tikilməsi ilə bağlı lazımi işlər aparılır. Respublikamızın şəhərlərində, xüsusilə də paytaxt Bakıda velosipedçilərin hərəkəti üçün lazımi şərait yaradılması məqsədilə müzakirələr keçirilir. Həmin tədbirlər çərçivəsində bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turu təşkil olunacaq.

- Beynəlxalq veloyürüş ölkəmizdə ilk dəfə keçiriləcək. Turnirdə 4 qitə, 4 milli və 12 klubun qarışıq komanda halında mübarizə aparacağı bu yarışın möhtəşəmliyindən xəbər verir. Mümkünsə, veloturla bağlı daha ətraflı məlumat verərdiniz.

- Azərbaycanda idmanın inkişafında misilsiz rolu olmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velosiped turu Bakı şəhərində və Böyük Qafqazın dağətəyi ərazilərində keçiriləcək. Beş mərhələdən ibarət beynəlxalq yarış, bildiyiniz kimi, beş gün davam edəcək. Bu, Azərbaycanda təşkil olunacaq ilk belə genişmiqyaslı peşəkar velosiped yarışıdır. Velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilmişdir. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Almaniyanın "FreundeEventlogistik" şirkətinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velosiped turu təkcə ölkə daxilində deyil, xaricdə də çox böyük marağa səbəb olmuşdur. Yarışda iştirakla bağlı təşkilatçıların ünvanına çoxlu sayda ərizə daxil olmuşdur. Velosiped turunda iştirak etmək üçün 17 ölkəni təmsil edən 20 komanda seçilmişdir. Turnirdə 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda mübarizə aparacaq. Qitə komandalarına "Specialized Concept Store" (Almaniya), "Team Vorarlberg" (Avstriya), "Jayco AIS" (Avstraliya), "Velo Club Sovac" (Əlcəzair), milli komandalara Qazaxıstan, Moldova, Belarus və İran daxildir. Qarışıq-klub komandaları arasında isə "ISD Sport Club Ukraine" (Ukrayna), "Sumqayıt" (Azərbaycan), "ATA" idman klubu (Azərbaycan), "Tera Katyusha U-23" (Rusiya), "Samara" (Rusiya), "Moskva" (Rusiya), "RRS Riga" (Latviya), "Gediminas Gruodis" (Litva), "Rucanor-Line Cycling Team" (Niderland), "Team Hoppla" (İtaliya), "Centre Mondial de Cyclisme" (İsveçrə), "Ovyta-Eijssen-Acrog Cycling Team" (Belçika) yer almışdır.

- Veloyürüşün başlamasına çox az vaxt qalıb. Yarışa hazırlıq işləri necə gedir?

- Hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Yeri gəlmişkən, mən turun hazırlıq işlərinə yaxından köməklik göstərən dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, idman ictimaiyyəti və mətbuat nümayəndələrinə, sponsorlara Federasiya adından öz təşəkkürümü bildirmək istərdim.

Turla bağlı geniş tədbirlər planı hazırlanmış və tam həcmdə reallaşdırılmaqdadır. Yarışda iştirak edəcək komanda üzvlərinin hotellərdə yerləşdirilməsi, yarış zamanı paytaxtda və regionlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və iştirakçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Artıq yarışla bağlı reklam kampaniyasına da start verilib. Tur haqqında ətraflı məlumat əldə etmək üçün www.ha-tour-aze.com saytı yaradılmışdır. Burada turnirlə bağlı Azərbaycan və ingilis dillərində daim yenilənən press-relizlər yerləşdirilir. Yarışın nəticələri də mərhələlər üzrə saytda təqdim olunacaqdır.

- Fazil müəllim, velosipedçilər hansı marşrutlar üzrə hərəkət edəcəklər?

- Tur çərçivəsində velosipedçilər üçün xüsusi marşrutlar müəyyən edilmişdir. Velosiped turu may ayının 9-da Azadlıq meydanında qadınların fərdi yarışı ilə start götürəcək. Elə həmin gün saat 12:00-da həmin meydanda yarışın rəsmi açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla velosiped turunun birinci mərhələsi "Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı-Neftçilər prospekti-Azneft meydanı-Neftçilər prospekti-Azadlıq meydanı" marşrutu üzrə komanda yarışı təşkil olunacaqdır.

Növbəti gün - mayın 10-da velosipedçilər ulu öndərin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra 176 km-lik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar.

3-cü mərhələ mayın 11-də Qəbələdə başlayacaq. Daha sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 km-dir.

4-cü mərhələnin başlanması üçün iştirakçılar may ayının 12-də səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu mərhələnin keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 kilometr olmaqla 10 dövrə vurduqdan sonra yarışa yekun vurulacaq.

- Beynəlxalq velosiped turu Azərbaycan üçün hansı əhəmiyyətə malik olacaq?

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsi ökəmizin idman tarixində mühüm hadisə kimi yadda qalacaq, Azərbaycanda velosiped idmanının daha da inkişaf etdirilməsi və kütləviləşdirilməsi, əhalinin, xüsusilə də gənclərin bu idman növünə olan marağının artmasına güclü təkan verəcəkdir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan may ayı ərzində beynəlxalq velosiped turniri ilə yanaşı, bir sıra digər nüfuzlu və genişmiqyaslı yarışların keçirilməsinə hazırlaşır. Ölkəmiz "Eurovision" kimi möhtəşəm musiqi yarışmasına, eləcə də güləş üzrə Dünya kuboku yarışlarına və digər tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın yüksək templə inkişaf etməkdə olan bir ölkə kimi, gücünü və qüdrətini göstərir. Azərbaycanın eyni zamanda bir neçə beynəlxalq yarışın iştirakçılarını qəbul etmək imkanlarını nümayiş etdirməsi ölkəmizin 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına layiqincə ev sahibliyi edə biləcəyinə əyani sübutdur.

Martın 5-də xarici valyutaların manata qarşı məzənnələri
Martın 5-də xarici valyutaların manata qarşı məzənnələri
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək - Səfir
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək - Səfir
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Loading Bars
Xəbər lenti
Martın 5-də xarici valyutaların manata qarşı məzənnələri
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Bolqarıstana qaz tranzitini artırmaq imkanı verəcək - Səfir
Sumqayıtda quşçuluq sexi yanıb
Şəhid olan general PUA-ların yaradılmasında iştirak edib - Bayraktar (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 416 mindən çox yoluxma qeydə alınıb
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Türkiyə Müdafiə naziri ölkədə helikopterin qəzaya uğramasının səbəblərini açıqladı
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO/VİDEO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Bütün xəbərlər