...

"Çelsi" UEFA Çempionlar Liqasının qalibi oldu

İdman Materials 20 May 2012 02:41 (UTC +04:00)
"Çelsi" UEFA Çempionlar Liqasının qalibi oldu
"Çelsi" UEFA Çempionlar Liqasının qalibi oldu

Azərbaycan, Bakı, 20 may /Trend/

Londonun "Çelsi" klubu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qalibi oldu.

"Çelsi" - "Bavariya" final matçı Münhendə keçirilib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Əlavə olunmuş iki 15 dəqiqəlik taym qolsuz başa çatdı və qalib penaltilər seriyasında müəyyənləşməli idi. Penaltilərdə londonlular daha dəqiq idilər, və 4:3 hesabı ilə qalib gələrək Çempionlar Kubokunu qazandılar. Qələbə qolunu Didye Droqba vurub.

Xəbər lenti

Xəbər lenti