...

"Qəbələ" "Qalatasaray"a qarşı

İdman Materials 31 May 2012 15:34 (UTC +04:00)
Bu gün 15 yaşadək futbolçular arasında I Qəbələ kubokuna start verilib. Trend-in məlumatına görə, iyunun 4-dək davam edəcək yeniyetmə futbolçular arasında keçirilən beynəlxalq turnirə 8 klub qatılıb.
"Qəbələ" "Qalatasaray"a qarşı

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu gün 15 yaşadək futbolçular arasında I Qəbələ kubokuna start verilib. Trend-in məlumatına görə, iyunun 4-dək davam edəcək yeniyetmə futbolçular arasında keçirilən beynəlxalq turnirə 8 klub qatılıb.

Azərbaycanın yarışdakı təmsilçiləri "Qəbələ" və "Qarabağ" komandaları ilk oyunlarını keçiriblər. "A" qrupunda mübarizə aparan "Qəbələ" Danimarkanın "Brondbü" klubuna 6:2 hesabı ilə qalib gəlib. "B" qrupunda çıxış edən "Qarabağ" isə İspaniyanın "Levante" komandasına məğlub olub (1:2).

"Qəbələ" növbəti oyununu bu gün saat 19:00-da Türkiyənin "Qalatasaray" klubuna qarşı keçirəcək. "Qarabağ" isə "Feyenoord" (Niderland) ilə qarşılaşacaq.

"A" qrupunda yer alan Türkiyə təmsilçisi ilk matçda İspaniyanın "Villareal" klubu ilə 1:1-lik bərabərə qalıb. Niderland təmsilçisi isə "Serbiya NT" komandasına 0:5 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti