...

Azərbaycan və Gürcüstan futbol üzrə "Avro 2020"-yə ev sahibliyi etmək istiqamətində hazırlıqlara başlayıb

İdman Materials 1 İyun 2012 10:26 (UTC +04:00)
Cümə günü Batumidə Azərbaycan və Gürcüstanın ali futbol qurumlarının rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.
Azərbaycan və Gürcüstan futbol üzrə "Avro 2020"-yə ev sahibliyi etmək istiqamətində hazırlıqlara başlayıb

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N.Kirsxaliya/

Cümə günü Batumidə Azərbaycan və Gürcüstanın ali futbol qurumlarının rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.

GFF-nin prezidenti Zviad Siçinavanın Trend-ə verdiyi məlumata görə, mətbuat konfransında futbol üzrə 2020-ci il Avropa çempionatına Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etməsi ilə bağlı hazırlıqlarının ümumi proqramı təqdim olunacaq.

Gürcüstan və Azərbaycan artıq "Avro 2020"-nin birgə ev sahibliyinə dair ərizəni UEFA-ya təqdim edib.

Siçinavanın dediyi kimi, bir ay ərzində AÇ-yə hazırlıq üzrə bütün məsələləri həll edəcək Gürcüstan-Azərbaycan birgə komissiyası yaradılacaq.

"Biz AÇ-nin keçirilməsi üçün tələblərin bütün siyahısını almışıq və bu komissiya konkret məsələlərlə məşğul olacaq: çempionatın keçirilməsi üçün hansı stadionlar, mehmanxanalar, infrastruktur lazımdır. Biz AÇ-yə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə ciddi köklənmişik", - Siçinava qeyd edib.

Xəbər lenti

Xəbər lenti