...

İspaniya yığması rekorda imza atdı və Avro-2012-nin çempionu oldu

İdman Materials 2 İyul 2012 01:40 (UTC +04:00)
İspaniya yığması finalda İtaliya yığmasını 4:0 hesabı ilə məğlub edib Avropa Çempionu oldu.
İspaniya yığması rekorda imza atdı və Avro-2012-nin çempionu oldu

Azərbaycan, Bakı, 2 iyul /Trend/

İspaniya yığması finalda İtaliya yığmasını 4:0 hesabı ilə məğlub edib, Avropa Çempionu oldu.

Silva 14-cü dəqiqədə Buffonun qapısına ilk qolu vurdu. Onun ardınca 41-ci dəqiqədə Alba İtaliya yığmasını qapıçısı ilə təkbətək qalaraq hesabı artırdı 2:0.

Fernado Torres çox gözəl qolu 84-cü dəqiqədə vurdu. Dörd dəqiqə keçmədi ki, Mata İtaliya yığmasının qapısına dördüncü qolu vurdu.

İtaliya yığmasıda qol vurmaq cəhdlərini göstərirdi. Di Natale 46-ci dəqiqədə Kasilyasın qapısından biraz yuxarı vurdu. Yarımüdafiyəçi Tiyeqo Motta zadələndən sonra İtaliya yığması 61-ci dəqiqədə 10 nəfərlə oynayırdı.

Qeyd edək ki, İspaniya final oyununda bir rekordu təzələdi. Avropa çempionatında dörd cavabsız top vurmaqla İspaniya yığması yeni rekorda imza atdı. Həmçinin İsmaniya yığması dalbadal futbol üzrə Avropa, Dünya və yenidən Avropa çempionu olmaqla rekord əldə etdi.

Növbəti Avropa çempionatı 2016-ci ildə Fransada keçiriləcək. Final mərhələsində bu dəfə 16 deyil, 24 komanda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti