Azərbaycan, Bakı, 17 iyul /Trend/
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayan "Neftçi" Gürcüstanın "Zestafoni" komandasına böyük hesabla qalib gəldi.
Trend-in məlumatına görə, matçın ilk qolunu 22-ci dəqiqədə Cavid İmamverdiyev vurdu. Cəmi bir dəqiqə sonra Julius Vobay fərqi artırdı - 2:0. "Neftçi"nin üstünlüyü ilə keçən oyunun birinci hissəsi bu hesabla başa çatdı.
Azərbaycan çempionu ikinci hissədə də hücumlarına ara vermədi. 64-cü dəqiqədə Nikolas Kanales üçüncü qolu gürcülərin qapısından keçirdi.
"Dalğa Arena"da baş tutan oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edirdi.
Qeyd edək ki, cavab oyunu iyulun 24-də Gürcüstanda keçiriləcək.