...

Londonda Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılıb

İdman Materials 25 İyul 2012 15:48 (UTC +04:00)
Londonda Olimpiya kəndində çərşənbə günü Azərbaycanın bayrağı qaldırılıb. Trend-in məlumatına görə, artıq Azərbaycanın 32 idmançısı, onları müşayiət edən rəsmi şəxslər, baş məşqçlər və həkimlər Londondadır.
Londonda Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

Londonda Olimpiya kəndində çərşənbə günü Azərbaycanın bayrağı qaldırılıb. Trend-in məlumatına görə, artıq Azərbaycanın 32 idmançısı, onları müşayiət edən rəsmi şəxslər, baş məşqçlər və həkimlər Londondadır. Mərasimdə həmin şəxslər iştirak ediblər.

İyulun 27-də London Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək, Azərbaycan açılış mərasimində 14-cü iştirak edəcək.

Azərbaycan idmançılarının ikinci qrupu avqustun 4-də Londona yola düşəcək.

İyulun 28-də isə Londonda Azərbaycan gecəsi keçiriləcək. Həmin gecədə Azərbaycanın milli mətbəxi videoçarxlarla nümayiş olunacaq, opera, caz, muğam ustalarının ifası dinləniləcək.

Azərbaycanın London Yay Olimpiya Oyunlarındakı komandasının bayraqdarı isə Elnur Məmmədli olacaq.

Qeyd edək ki, Azərbaycanı Olimpiya Oyunlarında 53 idmançı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti