...

Kaxa Kaladzenin bank hesablarına həbs qoyuldu

İdman Materials 27 İyul 2012 18:22 (UTC +04:00)
Gürcüstan Baş Prokurorluğu futbolçu Kaxa Kaladzenin bank hesablarına həbs qoyulması ilə bağlı açıqlama verib. Prokurorluğun bəyanatına görə, son vaxtlar futbolçunun hesablarına şübhəli köçürmələrin edildiyi qeydə alınıb.
Kaxa Kaladzenin bank hesablarına həbs qoyuldu

Gürcüstan, Tbilisi, 27 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Baş Prokurorluğu futbolçu Kaxa Kaladzenin bank hesablarına həbs qoyulması ilə bağlı açıqlama verib. Prokurorluğun bəyanatına görə, son vaxtlar futbolçunun hesablarına şübhəli köçürmələrin edildiyi qeydə alınıb.

"Gürcüstan Milli Bankının Maliyyə Monitorinqi Xidmətindən daxil olan məlumata görə, qanunsuz gəlirlərin mümkün leqallaşdırılması faktı üzrə istintaq başlayıb. Əldə edilən məlumata görə, son vaxtlar Kaxa Kaladzenin hesabına 6 milyon dollar köçürülüb. Həmçinin, qısa müddət ərzində Kaladzenin hesabından Gürcüstan qanunvericiliyi və beynəlxalq standartlar üzrə şübhəli bilinən böyük həcmdə nağd pul köçürməsi həyata keçirilib. Gürcüstan qanunvericiliyi və çirkli pulların yuyulması ilə mübarizə üzrə beynəlxalq standartların tələblərinə uyğun olaraq, istintaq iri nağd pulla (1 600 000 dollar) şübhəli əməliyyatları öyrənməli və istintaq yekunlaşanadək hesabların həbsini təmin etməlidir", - Trend-in məlumatına görə, bu barədə cümə günü prokurorluğun bəyanatında deyilir.

Müxalif "Gürcüstan arzusu"nun liderlərindən biri olan gürcü futbolçunun hesabına Baş Prokurorluğun tələbi ilə Tbilisi şəhər məhkəməsi tərəfindən həbs qoyulub.

Xəbər lenti

Xəbər lenti