...

Azərbaycan gimnastı Aliyə Qarayeva iki hərəkətin cəminə görə 5-ci yerdədir (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 9 Avqust 2012 18:54 (UTC +04:00)
Bu gün XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan gimnastı Aliyə Qarayeva bədii gimnastika yarışlarında mübarizəyə qoşulub.
Azərbaycan gimnastı Aliyə Qarayeva iki hərəkətin cəminə görə 5-ci yerdədir (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Bu gün XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan gimnastı Aliyə Qarayeva bədii gimnastika yarışlarında mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, çoxnövçülük üzrə keçiriləcək yarışın birinci günündə gimnastlar iki hərəkətdə bacarıqlarını göstərirlər.

Qarayeva 24 idmançının iştirak etdiyi təsnifat mərhələsində əvvəlcə halqa ilə məharətini nümayiş etdirib. Gimnastımız hakimlərdən 27.450 bal alıb.

24 yaşlı Avropa çempionumuz daha sonra topla kompozisiyasını təqdim edib. Təmsilçimiz bu dəfə 28.350 bal toplayıb.

İki hərəkətin cəminə görə Qarayeva 55.800 bal ilə 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, sabah gimnastlar gürz və iplə hərəkətləri yerinə yetirəcəklər. Təsnifat mərhələsinin yekununa əsasən, 10 idmançı finala yüksələcək.

Xəbər lenti

Xəbər lenti