...

Azərbaycan London Olimpiadasında ilk qızıl medalını qazanıb

İdman Materials 11 Avqust 2012 23:00 (UTC +04:00)
Azərbaycan London Olimpiadasında ilk qızıl medalını qazanıb
Azərbaycan London Olimpiadasında ilk qızıl medalını qazanıb

Azərbaycan, Bakı, 11 avqust /müxbir Trend A. Əsgərov/

60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov London Olimpiadasının finalında rusiyalı rəqibi Besik Kuduhova qalib gələrək, Azərbaycana ilk qızıl medal qazandırıb.

Trend-in məlumatına görə, güləşçimiz dördqat dünya çempionunu ilk periodda 1:0, iknici periodda isə 5:0 məğlub edib.

Bundan öncə güləşçimiz Toğrul Əsgərov 1/8 finalda ilk görüşündə almaniyalı Tim Şleyherə qalib gəlib.

1/4 final görüşündə güləşçimiz yaponiyalı rəqibini iki raundada məğlub edərək yarımfinala keçib.
Toğrul Əsgərov yarımfinal mərhələsində amerikalı güləşçi üzərində inamlı qələbə qazanaraq finala yüksəlib.

Xatırladım ki, bu ana qədər Azərbaycan yığmasının iki gümüş, 5 bürünc medalı var idi.

Xəbər lenti

Xəbər lenti