...

Gəncədə AVİF Federasiya kuboku uğrunda velosiped yarışları başlayıb

İdman Materials 12 Oktyabr 2012 11:42 (UTC +04:00)
Oktyabrın 11-də Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Goranboy rayonlarının ərazisində Federasiya kuboku uğrunda çoxgünlü ötüşmələr üzrə velosiped yarışlarına start verilib.
Gəncədə AVİF Federasiya kuboku uğrunda velosiped yarışları başlayıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 11-də Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Goranboy rayonlarının ərazisində Federasiya kuboku uğrunda çoxgünlü ötüşmələr üzrə velosiped yarışlarına start verilib. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Velosipedçilər dörd mərhələdə bütövlükdə 426 km məsafə qət edəcəklər.Yarışların 1-ci mərhələsində müxtəlif yaş qruplarından olan 50-dək idmançı fərdi və qrup şəklində mübarizəyə qoşulub.

Yarışlarda Gürcüstan velosipedçilərinin 12 nəfərdən ibarət komandası da iştirak edir.

Yarışların ilk mərhələsi Samux rayonu ərazisində başlayıb. U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov birinci olub. Şamil Rəhimov ikinci, Nurlan Həsənov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Elgün Əlizadə bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Ruslan Həsənov isə üçüncü yerin sahibi olub. Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov finişə hamıdan tez çataraq birinci yeri tutub. Gürcüstan təmsilçisi Georgi Nadiradze ikinci, Aqşin İsmayılov isə üçüncü olub.

Sabah yarışların ikinci mərhələsi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti