...

“Bakı” və “Qarabağ”ın sevinci

İdman Materials 18 Noyabr 2012 18:08 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Bakı” və “Qarabağ”ın sevinci

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. Burada yerli "Bakı" klubu "Xəzər Lənkəran"ı sınağa çəkib və 2:0 hesabı ilə qalib gəlib.

Daha bir maraq doğuran görüş "Qarabağ" və "Simurq" komandaları arasında keçirilib. Ağdam təmsilçisi vacib üç xalı qazanaraq "Simurq"la xalını bərabərləşdirib.

Günün son qarşılaşmasında Premyer Liqanın hazırki lideri "İnter" klubu Tovuzun "Turan" komandasını qəbul edir. Kaxaber Sxadadzenin komandası bu görüşdə qalib gəlməklə liderliyini qorumaq niyyətindədir.

Qeyd edək ki, XIII tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Xatırladaq ki, şənbə günü keçirilən Neftçi" - "Sumqayıt" oyunu 8:1 hesabıyla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti