...

AFFA-dan humanist qərar

İdman Materials 1 Dekabr 2012 11:53 (UTC +04:00)
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Qəbələ” və “Kəpəz” klublarının müraciətlərinə baxılıb
AFFA-dan humanist qərar

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda "Qəbələ" və "Kəpəz" klublarının müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin "Qəbələ"nin futbolçusu Rəşad Abdullayev barədə çıxardığı qərar qismən dəyişdirilib. Futbolçu Rəşad Abdullayev intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Rəşad Abdullayev analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

AFFA-nın İntizam Komitəsinin "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov barədə çıxardığı beş oyunluq qərar da qismən dəyişdirilib. Məşqçi Mahmud Qurbanov intizam tədbiri olaraq iki oyunluq kənarlaşdırılıb, digər üç oyunluq cəzadan isə altı aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun.

Altı aylıq sınaq müddəti ərzində Mahmud Qurbanov analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti