...

Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşılarını elan edib

İdman Materials 25 Dekabr 2012 01:02 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşı idmançı və məşqçələrini elan edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşılarını elan edib

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşı idmançı və məşqçələrini elan edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İlin ən 20 yaxşı idmançısı sırasına Toğrul Əsgərov (sərbəst güləş; London Yay Olimpiya Oyunlarının çempionu), Şərif Şərifov (sərbəst güləş; London Yay Olimpiya Oyunlarının çempionu), Rövşən Bayramov (yunan-Roma güləşi; London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı), Marina Stadnik (qadın güləşi; London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı), Ramin İbrahimov (cudo; London Yay Paralimpiya Oyunlarının çempionu), Valentin Xristov (ağır atletika; London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı), Afaq Sultanova (cudo; London Yay Paralimpiya Oyunlarının çempionu), Teymur Məmmədov (boks; London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı), Natali Pronina (üzgüçülük; London Yay Paralimpiya Oyunlarının çempionu və 4 qat gümüş mükafatçısı), Məhəmmədrəsul Məcidov (boks; London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı), İlham Zəkiyev (cudo; London Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı), Xetaq Qazyumov (sərbəst güləş; London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı), Yuliya Ratkeviç (qadın güləşi; London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı), Emin Əhmədov (yunan-Roma güləşi; London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı), Teymur Rəcəbov (şahmat; dünya reytinq cədvəlində 4 yer), Hafiz Verdiyev (pauerliftinq; Avropa və dünya çempionu), Oleq Panyutin (atletika; London Yay Paralimpiya Oyunlarının çempionu), Ayxan Mamayev (karate; Avropa çempionatının gümüş mükafatçısı), Ramal Aslanov (kikboksinq; dünya və Avropa çempionatlarının gümüş mükafatçısı), Rüfət Qocayev (alpinizm; pamirdə ən yüksək üç zirvənin fəthinə görə) daxil olublar.

İlin ən yaxşı 10 məşqçisi sırasında Elçin Zeynalov, Firdovsi Umudov, Saypulla Absaidov (hər üçü - sərbəst güləş), Nəriman Abdullayev (boks), Məhəmməd Əliömərov (güləş), Zlatan Vasilyev (ağir atletika), Sergey Təhməzov (atletika), İbrahim İbrahimov (cüdo), Böyükağa Hacıyev (futbol) və Elxan Əliyevin (basketbol) adları var. "İlin ən yaxşı hakimi" nominasiyasında Hicran Şərifov, Əjdər Cəfərov (hər ikisi - güləş), Vahid Nəzərov (ağır atletika), Rövşən Hüseynov (boks), Nataliya Bulanova (bədii gimnastika), Rza Əliyev (gimnastika), Faiq Həsənov (şahmat), Eldar Zülfüqarov (voleybol), Əliyar Ağayev (futbol) və Fikrət Vəliyev (qılıncoynatma) seçiliblər.

İdman federasiyaları arasında fərqlənənlər ölkəmizin boks, güləş və ağır atletika federasiyalarıdır. İdman cəmiyyətlərindən "ən yaxşı" "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Təhsil" Respublika İdman Mərkəzi və "Gənclik" Tələbə İdman Cəmiyyəti olublar. İdman klubları arasında "Sərhədçi" və "Atilla" idman klubları, eləcə də İslam Hümbətov adına Uşaq Gənclər İdman Məktəbi fərqləniblər. İlin ən yaxşı idman qurğusu nominasiyasında "Kür" Olimpiya Tədris-İdman Mərkəzi, Sabirabad Olimpiya İdman Kompleksi və İsmayıllı Olimpiya İdman Kompleksi seçiliblər. 2012-ci ilin ən yaxşı klub komandası "Rabitə" voleybol klubu, "Socar" şahmat komandası, "Neftçi" peşəkar futbol klubu və "Akkord" otüstü hokkey komandası seçilib.

Gənclər və İdman Nazirliyinin Kollegiyası ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adların verilməsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adına Qüdrətulla Qasımov, Vidadi Qurbanov, Oqtay Muxtarov, Mehriban Musayeva, Xubyar Mirzəməmmədli, Balaağa Zamanov, Yelena Mütəllimova, Sahib Ələsgərov, Azər Ələkbərov, Vahid Abdullayev, Nizami Qasımov, Əhliman Qəhrəmanov, Şadil Əliyev, Əvəz Mustafayev və Rövşən Kərimov layiq görülüblər.

"Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülən mütəxəssislər sırasına İslam Məmmədzadə, Zaur Valeh oğlu Məmmədov, Ədalət Ağayev, Səməd Bağırov, Zaur Zair oğlu Məmmədov, Elçin Süleymanov və Cəfər Hümbətov daxildirlər.

"Respublika dərəcəli hakim" fəxri adı İmanbaxış Şirəli, Eldar Cabbarov və Yusif Babanlıya verilib.

İdmançılardan "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına Teymur Məmmədov, Rüfət Ağayev, Rail Rəcəbov layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti