...

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən beynəlxalq turnirdən 1 qızıl və 1 gümüş medalla qayıdıblar

İdman Materials 25 Dekabr 2012 12:57 (UTC +04:00)
Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan boksçuları Qazaxıstanda keçirilən beynəlxalq turnirdən 1 qızıl və 1 gümüş medalla qayıdıblar

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Qazaxıstanın Karaqanda şəhərində SSRİ-nin Əməkdar İdman Ustası, Əməkdar məşqçi Qalım Jarılqapovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Trend-in Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışda Qazaxıstan, Tacikistan, Çin, Monqolustan, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycanın 143 boksçusu mübarizə aparıb.

Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında "Qızıl Əlcək" klubunun üzvləri - Araz İmaməliyev (49 kq), Kamran Orucov (56 kq), Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov və Niyazbəy Xalayev (hər ikisi 69 kq) təmsil ediblər.

Boksçularımız Qazaxıstan turnirindən 1 qızıl və 1 gümüş medalla dönüblər. Şaban Şahpələngov həlledici görüşdə yerli idmançı Abdulla Nurqaliyevi məğlub edərək, 1-ci yerə layiq görülüb. 69 kq çəki dərəcəsində yarışan Elnur Süleymanov isə yalnız finalda Manat Umirzakova uduzaraq, gümüş medala sahib olub. Qeyd edək ki, Şaban Şahpələngov yarışın "ən texnikalı boksçusu" mükafatına da layiq görülüb.

Turnirdə ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti