...

2012-ci ildə azərbaycanlı gimnastlar 123 medal qazanıblar

İdman Materials 28 Dekabr 2012 12:59 (UTC +04:00)
Başa çatan Olimpiya ilində azərbaycanlı gimnastlar 123 medal qazanıblar.
2012-ci ildə azərbaycanlı gimnastlar 123 medal qazanıblar

Azərbaycan, Bakı, 28 dekabr /Trend /

Başa çatan Olimpiya ilində azərbaycanlı gimnastlar 123 medal qazanıblar. Onlardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc medaldır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Gimnastika Federasiyasının yaydığı xəbəbrdə deyilir.

Qazanılan ən mühüm titul Nijni Novqorodda keçirilən Avropa çempionatında çoxnövçülük üzrə yarışda Aliyə Qarayevanın bürünc medalı olub. Toplam olaraq milli komandanın lideri öz hesabına 17 (üç qızıl, altı gümüş və səkkiz bürünc) medal yazıb.

Ötən il ərzində 14 yaşlı bakılı idmançı Nilufər Niftalıyevanın da qazandığı mükafatların sayı eynidir. Nilufər də "Avro 2012"-də "bürünc" qazanıb və Yakutskda keçirilən "Asiyanın uşaqları" beynəlxaql idman oyunlarındakı qələbələri ilə fəxr edə bilər. Medalların nisbəti belədir: 5-5-7.

Digər perspektivli gənc idmançı Gülsüm Şəfizadə də Rusiyada keçirilən Avropa çempionatında bir gümüş medal qazanıb.

Gimnastikanın digər növlərinə gəldikdə, Afaq Məhərrəmli-Pərizad Quliyeva, Aynur Hüseynova-Nərmin Ramazanova, Lalə Hüseynova-Xoşqədəm Quliyeva qadın akrobat çütlükləri, eləcə də akrobatik cığırda hoppanma üzrə mütəxəssis Mixail Malkin müxtəlif yarışların qalibləri və mükafatçıları olublar. Şakir Şıxəliyev isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra ilk dəfə olaraq Londonda Olimpiya Oyunlarının idman gimnastları turnirində iştirak edib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi də ilə yekun vurub.

Ölkənin ən yaxşı hakimləri onluğuna başqaları ilə yanaşı, bədii və idman gimnastikası üzrə müvafiq olaraq hakimlər Natalya Bulanova və Rza Əliyev də daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti