...

"Neftçi" düşərgəsinə ispan mütəxəssis dəvət edib

İdman Materials 23 Yanvar 2013 16:45 (UTC +04:00)
Antalya hazırlığını davam etdirən "Neftçi" futbol klubu fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib.
"Neftçi" düşərgəsinə ispan mütəxəssis dəvət edib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Antalya hazırlığını davam etdirən "Neftçi" futbol klubu fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, UEFA Pro kateqoriyalı Ruben Seleş "Barselona" klubunun "Master" diplomuna layiq görülüb. Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış məşqçi İspaniyanın "Valensiya, "Vilyareal" və Yunanıstanın "Aris", "Asteras" kimi klublarında çalışıb. Ruben Seleş bugünkü məşqdə komandanın heyətinə təqdim olunub.

"Mənə dəvət gələn kimi "Neftçi" haqqında ətraflı məlumat topladım. Bilirdim ki, bu klubun böyük tarixi var və "Neftçi" hər zaman iddialı olub. Bu mövsüm komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. "Neftçi" rəhbərliyi ilə söhbətimdə komanda qarşısında qoyulan məqsədlərlə tanış oldum. Komandanın baş məşqçisi Böyükağa Hacıyevlə tanış oldum və o mənə öz məsləhətlərini və tövsiyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla ab-hava var. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər. Gənc olmağıma baxmayaraq, Avropanın bir sira ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam. Əminəm ki, hazırlıq müddəti başa çatana kimi futbolçularımız çempionat oyunlarına tam hazır olacaqlar", - ispan mütəxəssis deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti