...

Berti Foqts "Neftçi"nin oyunçusunu milliyə dəvət edib

İdman Materials 23 Yanvar 2013 18:04 (UTC +04:00)
Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub.
Berti Foqts "Neftçi"nin oyunçusunu milliyə dəvət edib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev ("Neftçi") millinin hazırlıq prosesində iştirak edəcək.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti